Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

yaxta sahibini dinləyəcək, söhbət edəcək və yönləndirə

Türk yaxta istehsalçısı “Numarine” və texnologiya şirkəti “Furrion”-un birlikdə hazırladıqları süni intellektlə işləyən qayıq təqdim olunub.  “Angel” adlı süni zəka ilə təchiz edilmiş “Adonis” yaxtası 24 metr uzunluğa malikdir.  “Adonis” səsi tanıya bilir, əmrlərə cavab verir, ağıllı şüşələri ilə marşrutunu özü müəyyənləşdirir. Üz tanıma qabiliyyətinə malik bu üzən vasitədən istədiyiniz hər şeyi soruşmaq da mümkündür. Məsələn, xüsusi süni intellekt hesabına xəbərləri öyrənə, sosial şəbəkə hesablarınızı təqib edə, hava məlumatlarını əldə edə bilərsiniz.  Ağıllı sistem sizə yemək sifariş etmək imkanı da təqdim edir. Bu azmış kimi ondan sevdiyiniz musiqini çalmağı da xahiş edə bilərsiniz.   Bundan başqa, “Adonis” dəniz suyunu içməli suya da çevirə bilir.    Yaxtanın bu il ərzində satışa çıxarılması nəzərdə tutulur. Onun qiymətinin 5 milyon dollar olacağı bildirilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır