Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

otlaşdırılmış liman rekord müəyyən

Çinin Sindao limanında tam avtomatlaşdırılmış konteyner terminalı istehsalatda rekord müəyyən edib. Belə ki, liman kranlarının biri konteynerlərin daşınma əməliyyatı zamanı saatda 39,6 əməliyyat həyata keçirib. Rekord göstərici “Zim Chicago” konteyner gəmisinin boşaldılması zamanı qeydə alınıb. Gəminin göyərtəsindən 2,753 TEU həcmində yükün boşaldılması əməliyyatı dövründə kran 1,785 dəfə hərəkət edib. Konteyner gəmisinin bir kranla boşaldılmasına cəmi  9 saat 5 dəqiqə vaxt lazım gəlib. Qeyd edək ki, Sindao robot limanı bu ilin may ayında fəaliyyətə başlayıb. Əvvəl bir kranın əməliyyat qabiliyyəti saatda 26 hərəkət təşkil edirdi, hazırda bu göstərici saatda 35 əməliyyata çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır