terdam limanında nəzarət xidməti işə salı
Rotterdam limanında bazar iştirakçılarına Niderland limanlarına idxal olunan yüklərin bütün gömrük yoxlamalarını izləməyə imkan verən xidmət fəaliyyət göstərir. Seanews.az saytının verdiyi məlumata görə, sözügedən xidmət gömrük, terminallar, yük xətti və agentlik şirkətləri ilə birbaşa əlaqələndirilir. Rotterdam limanı administrasiyası bildirib: “ Xidmət real rejimdə hansı yüklərin elektron yoxlanışdan və fiziki nəzarətdən keçdiyini izləməyə imkan yaradır. Beləliklə, yüklər gəldiyi andan dərhal yoxlanışa göndərilir və logistik zəncirin növbəti mərhələsinə fasiləsiz keçid təmin olunur.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır