Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Wartsila” korporasiyası Bakıda “LNG texnologiyaları” üzrə təqdimat keç

 Energetika Nazirliyinin dəstəyi ilə “Wartsila” korporasiyası tərəfindən “LNG texnologiyaları”nın Azərbaycanda istifadəsi ilə bağlı təqdimat keçirilib. Tədbirdə Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, SOCAR-ın, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin məsul şəxsləri iştirak ediblər. Energetika nazirinin müavini Natiq Abbasov korporasiya barədə məlumat verib. Bildirib ki, “Wartsila” şirkətinin dünyanın 70 ölkəsində 160 törəmə müəssisəsi mövcuddur. Şirkət modul elektrik stansiyalarının tikilib istismara verilməsi, neft və qaz kompressor avadanlığı, istilik sistemləri kimi sahələrdə böyük təcrübəyə malikdir. Eyni zamanda, şirkət hərəkətverici ləvazimat, avtomatika və enerjipaylama sistemləri də daxil olmaqla, gəmiçilik sahəsi üçün avadanlıq, xüsusilə gəmi mühərrikləri istehsalında dünya liderlərindəndir. Təsadüfi deyil ki, bu gün dünyadakı hər üç gəmidən birinin mühərriki şirkətin müəssisələrində istehsal olunur. Nazir müavini qeyd edib ki, Azərbaycan “Wartsila” şirkətinin Xəzər regionundakı əsas tərəfdaşlarından biridir. Artıq 12 ildir ki, Azərbaycanda çalışan bu şirkət respublikamızda əsasən neft və qaz sənayesi, elektrik enerjisi istehsalı, dəniz daşımaları sahəsində fəaliyyətlə məşğuldur. “Wartsila” 2005-ci ildən 2010-cu ilədək ölkəmizin ərazisində ümumi gücü 880 meqavat olan modul elektrik stansiyalarının tikilməsi və istismara verilməsi layihələrini uğurla başa çatdırıb. Şirkətin avadanlığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kimi dünya əhəmiyyətli layihənin həyata keçirilməsində fəal rol oynayıb. “Wartsila” şirkətinin vitse-prezidenti Kristof Vitzsum iqtisadiyyatı gündən-günə inkişaf edən, regionun lider dövləti olan Azərbaycanda müxtəlif layihələri həyata keçirmələrindən məmnun olduqlarını diqqətə çatdırıb. Bildirib ki, şirkətin Bakıda yeni, genişlənmiş ofis və əməliyyat sahəsi 2008-ci ilin iyununda istifadəyə verilib. Ofis həm elektrik stansiyaları, həm də gəmiçilik sahəsi üzrə satış və servisi təmin edir. Bu servis mərkəzləri, həmçinin şirkətin Orta Asiyada fəaliyyətini tənzimləyir. Sonra nümayəndə heyətinin üzvləri “Wartsila” şirkətinin fəaliyyət istiqamətləri üzrə ən müasir texnologiyalara əsaslanan işlərin geniş təqdimatını keçirib, iştirakçıların suallarını cavablandırıblar. Qeyd edək ki, “Wartsila” korporasiyası qazın daşınmasında və ondan gəmi yanacağı kimi istifadə olunmasında texnoloji yeniliklərin tətbiqində böyük təcrübəyə malikdir. “LNG texnologiyaları”ndan Azərbaycanda uğurla istifadə olunacağını nəzərə alaraq Energetika Nazirliyi bu tədbirin keçirilməsinə dəstək verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır