• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

WhatsApp” messenceri “YouTube” videosunu dəstəkləməyə başlay

Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq. Mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar. Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır. Bundan əlavə, beta versiya istifadəçiləri “YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız “iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “iPhone 6” modelindən başlayan smartfonlarda işləyir. “Android” və ya “Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki, bu imkandan məhrumdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır