Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

iPhone” üçün “Word Flow” klaviaturası ləğv ed

“Microsoft” korporasiyası “App Store” əlavələr mağazasında “iPhone” üçün “Word Flow” klaviaturasını ləğv edib. Korporasiya bunu eksperimentin başa çatması ilə izah edərək istifadəçilərə “SwiftKey” klaviaturasından istifadəni tövsiyə edir. “Word Flow” böyüdülmüş displeylərdə mətnlərin tək əllə yığılması üçün nəzərdə tutulan klaviaturadır. 2016-cı ilin aprelində təqdim edilən proqram “iPhone” smartfonunun “Plus” versiyalarının istifadəçiləri arasında populyar olub. Klaviatura mətni bir əllə yığmağa imkan verir və klavişləri həm adi, həm də yarımdairəvi şəkildə yerləşdirmək mümkündür ki, bu da onu böyüdülmüş ekranlarda istifadə üçün ideal edir. Məlumata görə, “iPhone” istifadəçiləri bundan sonra əlavəni “App Store”dan yükləmək, onu əvvəllər quraşdıranlar isə yeniləmək imkanından yararlana bilməyəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır