• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

ktiv su kəməri ilə uçmaq olar-

Bu avadanlıq elmi fantastikanın həyatımızda tətbiqinin bariz nümunəsidir.  Söhbət reaktiv su kəmərindən gedir. Reaktiv su kəməri pilotun belinə yerləşdirilir və suyun təzyiqi ilə hərəkətə gətirilir. Yüksək təzyiqlə suyu vuran avadanlıq pilota yer üzündən aralanmağa və uçmağa imkan verir. İlk dəfə reaktiv kəmərlər kosmonavtikada istifadə olunub. Ayın üzərinə enən astronavtlar kəmər vasitəsi ilə hərəkət edirlər. Almaniyanın “MS Waterposts” şirkəti isə reaktiv kəmərləri məişətə gətirib. Artıq dəniz esktremal idman növlərini sevənlər ondan istifadə etməklə  “qanadsız” uçuşlar edə bilərlər. Reaktiv su kəmərinin iş prinsipi isə belədir. Rezin borular suyu dənizdən götürüb yüksək təzyiqlə geri vurur.  Nəticədə yaranan su təzyiqi insanı göyə qaldırır. Peşəkarlar isə kəmər vasitəsi ilə müxtəlif tryuklar da edirlər. Bu möcüzəli texnologiyanın qiyməti isə cəmi 2000 dollardır. Kəmər insanı maksimum 10 metr hündürlüyə qaldırır. Və pilot səmada saatda 50 kilometr sürətlə 2-3 saat üça bilir. Qeyd edək ki, reaktiv kəmərin qaldıracağı maksimum çəki 150 kiloqramdır. Bir-iki il bundan qabaq biz bu cür uçuşları yalnız fantastik filmlərdə seyr edirdik. Elmi-texniki tərəqqi isə mümkünsüz olanları mümkün edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır