Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-29,
Seanews
Heyder Eliyev

Yaponiyada ilk avtonom "Ro-Pax" tipli gəmiyə lisenziya verilib

Yaponiya avtonom naviqasiya xüsusiyyətinə malik ilk "Ro-Pax" bərəsini istismara verməyə hazırlaşır.

"Seanews.az" xəbər verir ki, "Olympia Dream Seto" adlı gəmi bu yaxınlarda lisenziyalaşdırma prosesini tamamlayaraq, hökumətin dəstəklədiyi davamlı texnologiya inkişafı layihəsi çərçivəsində avtonom sistemlə səfərlərinə başlayacaq.

Məlumata görə, 60 metrlik bərə qarşısındakı gəmini aşkar edərək marşrutunu dəyişə bilmə qabiliyyətinə malikdir.

2019-cu ildə inşa edilən bu bərə 2020-ci ildə başladılan "MEGURI 2040" layihəsinin uğurla tamamlanmış ilk gəmisidir. 

Bərənin istismarını "Ryobi Ferry Company" şirkəti həyata keçirəcək.

"MEGURI" layihəsi avtonom naviqasiyanı kommersiya mərhələsinə keçirmək məqsədilə başladılıb. Bu texnologiyanın insan səhvindən yaranan qəzaları azaltmağa və artan dənizçi çatışmazlığını aradan qaldırmağa kömək edəcəyi bildirilir. Layihənin əsas hədəfi isə 2040-cı ilə qədər yerli gəmilərin 50%-nin pilotsuz istismar edilməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır