Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Avropa operatorları mayeləşdirilmiş təbii qaz donanmasının 45%-nə nəzarət edirlər

Avropa operatorları dünyada mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker donanmasının 45%-nə nəzarət edirlər.

Eyni zamanda, Rusiya operatorları belə gəmilərin yalnız 6%-ni idarə edirlər. Donanmanın təxminən 5%-i buz sinfinə aid gəmilərdir.

Hazırda LNG tankerlərinin üçdə ikisi Cənubi Koreyadanın gəmiqayırma zavodlarında tikilsə də, Çin də bazarda əhəmiyyətli oyunçuya çevrilir.

2024-cü ilin sonuna qədər 60-dan çox mayeləşdirilmiş təbii qaz daşıyıcısının, 2030-cu ilə qədər isə hər il 80-dən çox LNG tankerinin tikiləcəyi proqnozlaşdırılır. Layihə və ya tikinti mərhələsində 350-dən çox gəmi var, bir mayeləşdirilmiş təbii qaz tankerinin tikintisi orta hesabla 48 ay çəkir. Qeyd edək ki, LNG tankerlərinin təxminən 80%-nin yaşı 20 ildən çox deyil.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır