Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Çin dənizdə dünyanın ən hündür külək turbinini quraşdırıb

Çinin dövlət şirkəti “Dongfang Electric Corporation” 18 meqavat gücündə dünyanın ən hündür dəniz külək turbininin tikintisinin başa çatdığını elan edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yeni qurğu ildə 72 qiqavat/saat təmiz enerji istehsal edə biləcək ki, bu da ölkənin qərb regionlarından günəş enerjisi təchizatı ilə birlikdə Çinin şərq sahillərində enerji balansını təmin etməyə kömək edəcək.

Bununla belə, Qərb ekspertləri super güclü külək turbinlərinin yaradılmasında Çinin nümunəsini tələsik izləməmək barədə xəbərdarlıq edirlər. Onlar qeyd edirlər ki, bu, bir çox səbəblərə, o cümlədən tədarük zəncirlərinin inkişaf etməməsi və lazımi kran avadanlığının olmamasına görə iqtisadi cəhətdən mümkün deyil. Çin, əksinə, külək enerjisini 2060-cı ildən sonra karbonsuz enerji gündəminin əsası kimi görür. Ötən ildən respublikada cəmi bir gündə 16 meqavat gücündə külək turbinlərinin tikintisi texnologiyası işlənib hazırlanıb ki, bu da quraşdırma prosesini xeyli sürətləndirə bilər.

Bu yaxınlarda quraşdırılmış 18 meqavat gücündə külək turbininin diametri 260 metr olan rotorla birlikdə 7 standart futbol meydançasının ərazisindən böyükdür. Rotor sahəsi nə qədər böyükdürsə, quraşdırma bir o qədər ucuz başa gəlir və daha çox enerji yaradır. Gələcəkdə gücü 22 meqavat olan, Eyfel qülləsindən hündür və 310 metr diametrli rotorlu külək turbininin yaradılması planlaşdırılır. Lakin bu layihə hələ inkişaf mərhələsindədir.

Bildirilir ki, Çin iddialı ekoloji məqsədlərə nail olmaq istiqamətində səy göstərdiyi üçün bərpaolunan enerjinin inkişafında əhəmiyyətli addımlar atmağa davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır