Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“MDL” şirkəti yedək gəmisində avtonom və uzaqdan idarəetmə texnologiyasını nümayiş etdirib

“Mazagon Dock Shipbuilders Ltd” (“MDL”) şirkəti Mumbay limanında “Andaman” yedək gəmisində avtonom və uzaqdan idarəetmə texnologiyasını nümayiş etdirib.

“Seanews.az” “Nordic Engineering” teleqram kanalına istinadən xəbər verir ki, Hindistan Gəmiçilik Registri (“IRS”) “Robosys Automation & Robotics” tərəfindən təchiz edilmiş bu texnologiyanı bəyənib.

IRS sistem sənədlərini, proqram təminatının keyfiyyətini nəzərdən keçirib və uzaqdan idarə olunan gəmilər və avtonom gəmilər üçün Hindistan Gəmiçilik Registri təlimatlarına uyğun olaraq risk qiymətləndirməsi aparıb.

Mayın 23-24-də keçirilən dəniz sınaqları zamanı Hindistan Gəmiçilik Registri avtonom sistemin işinə nəzarət edib və onun dənizdə toqquşmaların qarşısının alınması üzrə beynəlxalq qaydalara (“COLREG”) uyğun olaraq toqquşmalardan yayınma nümayiş etdirdiyini təsdiqləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır