Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Kimyəvi tanker küləklə işləyəcək

Niderlandın “Chemship” şirkəti “Chemical Challenger” adlı kimyəvi tankeri dünyada ilk dəfə külək elektrik stansiyası ilə təchiz edib.

“Seanews.az” xəbər verir ki, uzunluğu 134 metr, dedveyti 16 min ton olan gəmidə 4 ədəd 16 metrlik “VentoFoils” yelkənləri quraşdırılıb.

2015-ci ildə inşa edilən tanker ABŞ-ın Şərqi Sahil-Aralıq dənizi marşrutunda istifadə olunur.

“VentoFoils” aerodinamik qurğusu Niderlandın “Econowind” şirkəti tərəfindən hazırlanmışdır. O, hava axınını gəmini itələmə qüvvəsinə çevirir, ağıllı vakuum yelkən texnologiyası isə küləyin gücünü beş dəfə artırır. “Econowind” qeyd etdiyi kimi, “VentoFoils” qurğusunun təsiri 900 kvadratmetr sahəsi olan ənənəvi yelkənin təsirinə bərabərdir.

“VentoFoils” sayəsində biz daha az yanacaqdan istifadə edəcəyik və buna görə də CO2 emissiyalarını 10% azaldacağıq. Məhz bu gəmidən emissiyaların ildə 850 ton azaldılmasını gözləyirik ki, bu da 500 minik avtomobilinin emissiyalarına bərabərdir. Çəkisi az olduğu üçün bu texnologiyanı istənilən gəmiyə asanlıqla quraşdırmaq mümkündür.

Qeyd edək ki, 2023-cü ilin payızında Yaponiyanın “ONE” gəmiçilik şirkəti “VentoFoil” yelkən sistemini sınaqdan keçirmək niyyətində olduğunu açıqlamışdı. Sistem “Kalamazoo” konteyner gəmisində quraşdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır