Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“MSC” konteyner gəmisində "ön şüşə”ni sınaqdan keçirir

“MSC” konteyner gəmisində ön şüşə texnologiyasını sınaqdan keçirən ən son böyük konteyner xəttidir. “MSC” külək deflektorunun yanacaq sərfiyyatını azaldacağına ümid bəsləyir.

“Seanews.az” “Alphaliner”-ə istinadən xəbər verir ki, avadanlıq köhnə konteyner gəmisi – “MSC Sydney VI”-də quraşdırılıb. Gəmi 1999-cu ildə tikilib, tutumu 5,6 min TEU-dur.

Nəşr yazır: “Ön şüşə ilk dəfə “Norasia” konteyner xətti (sonradan Çili gəmiçilik şirkəti “CSAV” tərəfindən alınıb, o da öz növbəsində “Hapag-Lloyd” tərəfindən mənimsənilib) tərəfindən 20 il əvvəl inşa edilmiş daha kiçik konteyner gəmilərində sınaqdan keçirilib”.

Beş il əvvəl Yaponiyanın “MOL” şirkəti bu texnologiya ilə təcrübə aparmağa başladı, sonra “ONE” və “CMA CGM” bu texnologiyanı qəbul etdi.

Qeyd edək ki, “ONE” yeni kəmilərin kütləvi şəkildə külək deflektorları ilə təchiz edir. Belə ki, bu ilin yanvarında Yaponiya daşıyıcısı metanoldan istifadə edərək 13 min TEU tutumlu 12 konteyner gəmisinin tikintisini və bu gəmilərdə “ön şüşə”nin quraşdırılmasını sifariş edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır