Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-29,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti tammiqyaslı bioyanacaq sınaqlarına başlayacaq

Yaponiyanın “NYK” gəmiçilik şirkəti bu il öz donanması üçün bioyanacaqdan istifadənin tammiqyaslı sınaqlarına başlamağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, 2019-cu ildən bəri şirkətin təxminən 10 gəmisində qısamüddətli bioyanacaq sınaqları aparılıb. “NYK” bioyanacaqdan qısamüddətli istifadənin təhlükəsizliyini təsdiqləyib.

"NYK” uzun müddət ərzində bioyanacaq tədarükünün təhlükəsizliyini və sabitliyini hərtərəfli sınaqdan keçirəcək. Bu sınaq vasitəsilə “NYK” 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45% azaltmaq məqsədinə çatmaq üçün təhlükəsiz bioyanacaq sistemi yaradacaq", - “NYK” bildirib.

Sınaq zamanı “NYK” müxtəlif tipli gəmilərdə üç ay davamlı olaraq bioyanacaqdan istifadə etməyi planlaşdırır. Bundan sonra “NYK” bioyanacaqdan istifadəni tədricən genişləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır