Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

İlk iki yanacaqlı metanol mühərriki “Laura Maersk” konteyner gəmisində quraşdırılıb

“HD Hyundai Heavy Industries”-in biznes bölməsi olan “Engine&Machinery” (“HHI-EMD”) şirkəti “HiMSEN” seriyalı iki yanacaqlı metanol mühərriklərinin 16 dəstinin kompleks tədarükü üçün müqavilə imzalayıb.

Seanews.az” xəbər verir ki, bu barədə “HD HHİ”-nin mətbuat xidməti məlumat yayıb.

Müqavilə Yaponiyanın “Tsuneishi” şirkəti ilə bağlanıb. Həmçinin dörd gəmi (hər biri 5800 TEU) seçici katalitik reduksiya (SCR) sistemləri ilə təchiz ediləcək. Bu donanma Çinin “Tsuneishi Zhoushan” gəmiqayırma zavodunda inşa ediləcək. Müqaviləyə əsasən, istehsalçı 2025-ci ilin yanvarından gəmiqayırma zavoduna mühərrik dəstlərini tədarük etməyə başlayacaq.

Aydınlaşdırılır ki, 2023-cü ilin birinci yarısında “HD Hyundai Heavy Industries” Yaponiyanın “Imabari” gəmiqayırma şirkəti ilə 15 konteyner gəmisi üçün ümumilikdə 75 dəst mühərrikin tədarükünə dair müqavilə imzalayıb. “HD HHI” şirkəti “HiMSEN” seriyalı iki yanacaqlı metanol mühərrikini təklif edərək, rəqibləri tərəfindən inhisara alınmış Yaponiya bazarını yenidən ələ keçirməyə ümid edir.

“HiMSEN” mühərrikləri təkcə Cənubi Koreyada deyil, Çin, Yaponiya və Avropada da satılır. Ümumilikdə şirkət 42 gəmiyə 177 dəstin tədarükü üçün sifarişlər alıb. Bu seriyanın ilk metanol mühərriki “Laura Maersk” konteyner gəmisinə (2,1 min TEU) quraşdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır