Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

İki yanacaqla işləyən yeni gəminin dəniz sınaqları başa çatıb

“BYD” şirkətinin “Explorer 1” ro-ro gəmisi Çinin Şandun əyalətindəki Yantayda ilk yeddi günlük dəniz sınaqlarını başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, Çin Dövlət Gəmiqayırma Korporasiyasının törəmə şirkəti olan “Guangzhou Shipbuilding International” bu ilin əvvəlində Quançjou ştatının Nanşa şəhərində “BYD 7000 №1” avtomobil daşıyıcısının tikintisinə başlayıb.

PCTC seriyasından olan və iki yanacaqla işləyən “BYD 7000” gəmisinin uzunluğu 199,9 metr, eni 38 metr, suya oturumu 9 metr və layihə sürəti 18,5 düyün (34,3 km/saat) təşkil edir.

Bu gəminin digərlərindən üstünlüyü dəniz nəqliyyatında daha təmiz enerji həlləri istiqamətində mühüm addım kimi qeyd edilən ikili yanacaqlı mühərrik sisteminin tətbiqidir. Bundan əlavə, gəmi ilk dəfə akkumulyator sistemi və xüsusi generator ilə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır