Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

San-Fransisko körfəzində hidrogenlə işləyən gəmi hərəkət edəcək

İyulun 19-dan San-Fransisko körfəzində hidrogenlə işləyən dünyanın ilk kommersiya sərnişin gəmisi hərəkət edəcək. Bu hadisə dizellə işləyən gəmilərdən imtina edilməsi, iqlim dəyişikliyinin qarşısını almaq və karbon emissiyalarının azaldılması planının bir hissəsidir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, uzunluğu 21 metr olan “MV Sea Change” gəmisi 75 sərnişin tutumuna malikdir. Pilot proqramı çərçivəsində ilk altı ay gediş-gəliş pulsuz olacaq. “Sea Change” təxminən 300 dəniz mili (550 km) qət edə və yanacaq doldurmadan 16 saat işləyə bilər. Bu, qlobal istixana qazı emissiyalarının təxminən 3 faizini istehsal edən gəmiçilik sənayesini “yaşıllaşdırmağa” kömək edə bilər. Eyni zamanda, Beynəlxalq Dəniz Təşkilatı kommersiya gəmiçiliyindən yaranan istixana qazı emissiyalarını yarıya qədər azaltmaq planlarını açıqlayıb.

Layihənin müəllifləri həmçinin ümid edirlər ki, hidrogen yanacağı elementləri gələcəkdə konteyner gəmilərini də hərəkətə gətirə biləcək.

Bundan əvvəl ABŞ hökuməti təmiz hidrogenin inkişafına 8 milyard dollar ayırıb. Lakin, ekoloji qruplar hidrogenlə əlaqəli çirklənmə və iqlim təsirləri risklərinə işarə edir. Hazırda hidrogenin əksəriyyəti təbii qazdan istifadə etməklə istehsal olunur ki, bu da karbon qazı emissiyalarının azaldılmasına kömək etmir. Bununla belə, hidrogen enerjisinin tərəfdarları hesab edirlər ki, uzunmüddətli perspektivdə hidrogen istehsalı külək və günəş enerjisindən istifadə edilməsi sayəsində ekoloji cəhətdən daha təmiz olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır