Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-15,
Seanews
Heyder Eliyev

“WinGD” altı ekoloji cəhətdən təmiz konteyner gəmini metanolla işləyən mühərriklərlə təmin edəcək

İsveçrənin “WinGD” mühərrik istehsalçısı şirkəti Çinin “Yangzijiang Shipbuilding” zavodunda tikiləcək altı konteyner gəmisini iki yanacaqla işləyən metanol mühərrikləri ilə təmin edəcək.

“Seanews.az”  xəbər verir ki, “X82DF M” mühərrikləri “Hyundai Heavy Industries” (“HHI-EMD”) tərəfindən istehsal olunacaq. Iki yanacaq mühərrikli 9 min TEU tutumlu konteyner gəmiləri 2026-2027-ci illərdə istifadəyə verilməlidir.

Çin tərsanəsi ilə müqaviləyə bu seriyadan əlavə dörd mühərrikin tədarükü variantı daxildir. Eyni iki yanacaqlı mühərriklər (Silindrin diametri 92 mm) hazırda Çin gəmiçilik xətti “COSCO Shipping Line” tərəfindən sifariş edilən superkonteyner gəmiləri üçün istehsal olunur.

İsveçrə şirkəti “X DF M” (metanol) və “X DF A” (ammonyak) mühərriklərinin 2025-ci ilin birinci rübündən etibarən bazara çıxarılacağını bildirib. “X-Engines” seriyalı mühərriklər əvvəllər operativ meqakonteyner gəmilərində quraşdırılıb və hazırda istismar olunur.

“X DF M” seriyalı mühərrik dizel və metanol yanacağı ilə işləyə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır