Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

London şirkəti ilk üzən okean istilik enerjisi generatoru - barjı işə salacaq

Londonda yerləşən “Global OTEC” şirkəti ilk üzən okean istilik enerjisi generatoru olan “Dominique” barjını iki ilə istismara vermək planlarını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, barjın istehsal gücü 1,5 MVt olacaq.

Okean istilik enerjisinin çevrilməsi sistemi sabit sürətlə bütün ərzində etibarlı şəkildə elektrik enerjisi istehsal etməyə qadirdir.

Sistemin 2025-ci ildə ada dövləti Sao Tome və Prinsipi sahillərində işə salınması planlaşdırılır. “Dominique” üzən barjı ilboyu davamlı olaraq 1,5 MVt xalis enerji istehsal etmək üçün nəzərdə tutulmuşdur. Bu, ada dövlətin 78 milyon kilovatsaatdan çox olan ümumi enerji istehlakının 17 faizini təmin etmək üçün kifayətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır