Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Gəmiçilik sənayesinin daha təmiz yanacağa keçə bilməsi üçün texnologiya və xidmətlər hazırlanır

“Yara Growth Ventures AS” (Norveçdəki “Yara International ASA” qrupuna daxildir) və “Navigator Holdings Ltd.” Norveçin ammonyak bunkeri startapı olan “Azane Fuel Solutions AS”-a 5,4 milyon avro sərmayə qoyacaq. Hər bir tərəf “Azane”-də 14,5% pay alıb.

“Seanews.az” xəbər verir ki, “Azane” Norveçin “Econnect Energy AS” və “Amon Maritime AS” şirkətlərinin birgə müəssisədir və 3 il əvvəl yaradılıb. Şirkət gəmiçilik sənayesinin daha təmiz yanacağa keçməsinə kömək etmək üçün özəl ammonyak yanacağı ilə işləmə texnologiyaları və xidmətləri hazırlayır. “Azane” dünyada ilk ammonyak bunker şəbəkəsini quracaq, “Yara Clean Ammonia” artıq “Azane”-dən 15 bunker stansiyası sifariş edib.

“Yara” və “Navigator”un sərmayəsi “Azane”-yə gəmiləri ammonyakla təchiz etmək üçün Norveçin ilk ammonyak bunker stansiyasının tikintisinə başlamağa imkan verəcək. Skandinaviyada stansiyaların istismarına 2025-ci ildə başlanması planlaşdırılır.

“Azane” “Yara Clean Ammonia”-nın kommersiya tərəfdaşıdır. Bu şirkət “Azane”-nin bunker bölmələrində saxlama üçün təmiz ammonyak tədarük etməyi planlaşdırır.

1905-ci ildə Avropada aclıq problemini həll etmək üçün qurulan “Yara International ASA” gübrə şirkəti kimi bazarda özünü təsdiqlədi. 17 minə yaxın işçisi olan şirkət 60-dan çox ölkədə fəaliyyət göstərir. 2021-ci ildə “Yara”nın gəliri təxminən 17 milyard dollar olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır