Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Konteyner gəmisində avtonom naviqasiya sistemi uğurla sınaqdan keçib

Cənubi Koreyanın gəmiqayırma şirkəti “Samsung Heavy Industries” Cənubi Koreyadan Tayvana gedən gəminin avtonom naviqasiyasını uğurla nümayiş etdirib. Bu, ilk belə hadisədir.

15 000 TEU-luq konteyner gəmisi şirkətin “Samsung Heavy Industries” (SAS) kimi tanınan uzaqdan idarə olunan naviqasiya texnologiyası və SVESSEL “ağıllı gəmi” sistemi ilə təchiz edilmişdi.

26 iyun və 1 iyul tarixləri arasında gəmi Geojedən Çeju adasına və sonra Tayvanın Qaosyun limanına qədər təxminən 1500 km qət edib.

Xatırladaq ki, ötən il noyabrın 15-dən 18-dək “Samsung Heavy Industries” şirkəti bu müddət ərzində Mokpo Milli Dəniz Universitetinin 9200 tonluq “Segyero” təlim gəmisində SAS sistemini sınaqdan keçirtdi. Sonra sınaqlar 950 kilometrlik marşrutda aparıldı və şirkətin baş tədqiqat mühəndisi Kim Hen Çjonun dediyinə görə, eksperiment SAS-ın "şəhərin mərkəzi küçələrinə bənzər izdihamlı dəniz yolunda effektivliyini və təhlükəsizliyini sübut etdi..."

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır