Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“MPC Container Ships” öz gəmilərində sintetik yanacaqdan istifadə etmək niyyətindədir

“MPC Container Ships” xətti konteyner daşıyıcısı Almaniyanın “INERATEC” şirkəti ilə 2024-cü ildən “MOO” dərəcəli sintetik gəmi yanacağının tədarükü üçün müqavilə imzalayıb.

Bunu “Ship &” portalı şirkətlərin sosial şəbəkələrinə istinadən xəbər verir.

“INERATEC” sintetik yanacaq növünü Frankfurtdakı zavodlarından birində istehsal edir. Tam gücü ilə işə salındıqdan sonra müəssisə ildə 3,5 milyon litrə qədər “MOO” markalı sintetik yanacaq, ekoloji təmiz aviasiya kerosini və sintetik kimyəvi maddələr istehsal edə biləcək. Gələcəkdə şirkət bütün dünyada əlavə istehsal sahələri yaratmağı planlaşdırır.

Norveçin” MPC Container Ships” şirkəti 2017-ci ildə fəaliyyətə başlayıb və regiondaxili ticarət marşrutlarına xidmət göstərən konteyner gəmilərinin sahibidir. Şirkətin Hollandiya və Almaniyada nümayəndəlikləri var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır