Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Konteyner gəmisində yelkən quraşdırılır

“Compagnie Maritime Nantaise” şirkətinin 1999-cu ildə inşa etdiyi “MN Pélican” konteyner gəmisində “Wing Sail Mobility” (“WISAMO”) yelkənli sistemin quraşdırılmasına başlanılıb. Hazırda gəminin yerləşdiyi İspaniyanın El Astillero şəhərində müvafiq işlər  görülür.

“Seanews.az” xəbər verir ki, bu, “Michelin” şirkətinin hazırladığı sistemlə təchiz edilmiş ilk ticarət gəmisidir. Yelkənin sahəsi 100 kvadratmetrdir. Lazım olduqda gəminin körpülərin altından keçib limana daxil olması üçün yelkən çıxarıla bilər.

Yelkəni RO-RO gəmilərində, yükdaşıyanlarda, qaz daşıyıcılarında və tankerlərdə, eləcə də əyləncə gəmilərində quraşdırmaq mümkündür.

Mütəxəssislərin  fikrincə, yelkənli sistemdən istifadə gəmidən atmosferə atılan tullantıları 20% azaldacaq.

“International Winship Association”-un (“IWSA”) məlumatlarına görə, hazırda bu və ya digər yelkən sistemi quraşdırılmış 21 kommersiya gəmisi var. İin sonuna kimi belə gəmilərin sayının 25-ə çatacağı və onların ümumi dedveytinin 1,2 milyon ton olacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır