Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

“Gunvor” Rotterdamdakı müəssisəsini təmiz enerji aşırma mərkəzinə çevirməyi planlaşdırır

Amerikanın “McDermott International” şirkəti özünün anbarların layihələndirilməsi və tikintisi ilə məşğul olan bölməsi “Chicago Bridge & Iron Company N.V.” (“CB&I”) ilə birlikdə “Gunvor Petroleum Rotterdam B.V.” şirkəti ilə bağlanmış müqavilə əsasında “Yaşıl” hidrogenin idxalı terminalı” üçün zəruri layihəqabağı sənədləri hazırlayacaq.

“Seanews.az”ın məlumatına görə,  layihə “Gunvor”un Rotterdamdakı müəssisəsini təmiz enerji mərkəzinə çevirmək proqramının bir hissəsidir.

“CB&I” əsas texnoloji qurğuların layihəqabağı sənədlərini işləməklə yanaşı, ammonyak anbarı inşa edəcək. “McDermott” kənar işlər üçün layihə dəstəyi verəcək.

Layihə üzərində iş “McDermott”-un Niderlandın Haaqa şəhərindəki ofisindən və “CB&I”-nin Pleynfild (İllinoys ştatı, ABŞ-dakı) ofisindən həyata keçiriləcək.

“McDermott International, Ltd” şirkətlər qrupu. (Hyuston, ABŞ), bütün dünyada mürəkkəb dəniz mühəndisliyi və neft-qaz layihələri üzrə iri beynəlxalq podratçıdır, avadanlıqların, stasionar və üzən platformaların, boru kəmərlərinin və sualtı sistemlərin layihələndirilməsi və istismara verilməsi, satın alınması, tikintisi və quraşdırılması ilə məşğul olur.  54 ölkədə fəaliyyət göstərən qrupun 30 mindən çox işçi var. “McDermott” dəniz gəmiləri donanmasına və istehsal müəssisələrinə sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır