Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında şahmat yarışı keçiriləcək

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur bölmələrinin əməkdaşları arasında mayın 6-da şahmat yarışı keçiriləcək.

Şahmat yarışında iştirak etmək istəyən əməkdaşlar ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinə müraciət edə bilərlər.

Ölkəmizdə idmanın inkişafına Ümummilli lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərilib. Məhz, ASCO-da  təşkil olunan  idman turnirləri də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır