Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-26,
Seanews
Heyder Eliyev

Sidneyin bir neçə bölgəsində bəndin sıradan çıxması təhlükəsi ilə əlaqədar təxliyə elan edilib

Sidney hakimiyyət orqanları Corces çayının daşması və Uorrahamba bəndini aşması təhlükəsi ilə əlaqədar  cənub-qərb rayonlarının sakinləri üçün təxliyə əmri verib.

“Seanews.az” xəbər verir ki, bu barədə dövlət xilasetmə xidmətinin müvafiq məlumatı agentliyin “Twitter” səhifəsində dərc olunub.

Departament qeyd edib ki, Hoksberi və Corces çaylarının sahillərində yerləşən ərazilərin sakinləri, həmçinin Milpera və Riçmond şəhərlərinin cənub-qərb ətrafının sakinləri təxliyə üçün hazır olmalıdırlar. Uorrahamba bəndi (Sidneydən cənub-qərbdə, şəhər mərkəzindən təxminən 65 km aralıda yerləşir) yağışlar səbəbindən dolub və artıq daşmağa başlayıb. Böyük miqyaslı daşqın gözlənilir.

Yeni Cənubi Uels ştatının fövqəladə hallar naziri Stefani Kuk Sidney sakinlərinə xəbərdarlıq edib ki, təxliyə istənilən vaxt başlaya bilər və onlar ayıq-sayıq olmalıdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır