ASCO açıq müsabiqə elan edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Zəncir, takelaj dəstləri və işlənmiş avtoşinlərin satınalınması məqsədilə açıq müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.
Müraciət üçün son müddət 2019-cu il iyulun 24-ü saat 18.00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır