Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Diqqət: ADDA-nı seçən abituriyentlər 31 iyuladək “Dənizçilər poliklinikası”-na müraciət etməlidirlər

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğuları mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasına qəbul olmaq istəyənlər iyulun 31-ə qədər “Dənizçilər poliklinikası”- na müraciət etməlidirlər.  Artıq müddətin sonuna 20 iş günü qalıb.

Tələb edilən sənədlər aşağıdakılardır:

- Şəxsiyyət vəsiqəsi,

- Hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet),

- Abituriyentin elektron ərizəsi (iş nömrəsi)

- Ruhi əsəb dispanserindən arayış,

- Narkoloji dispanserdən arayış,

- Xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.

İş günləri: I-VI günlər

Saat: 9:00-14:30

“Dənizçilər poliklinikası”-nın ünvanı:  Bakı ş. Yasamal r-nu, Kazım Kazımzadə küç. 120 A. (Gömrük hospitalının yanında) 

Xatırladaq ki, arayış pulsuzdur.  Tibbi yoxlanış zamanı rast gəldiyiniz neqativ hallarla bağlı ADDA-nın ümumi işlər üzrə prorektoru Əlimərdan Quliyevlə ( 050 277 02 95) əlaqə saxlaya bilərsiniz.

ARAYIŞI ALMAĞA TƏLƏSİN!!! 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır