

O iki açıq müsabiqə elan
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) iki açıq müsabiqə elan edir. Müsabiqələrdən biri müxtəlif ölçülü avtoşinlərin satınalınması, digəri generator və stabilizator avadanlıqlarına illik texniki servis xidmətlərinin satınalınması məqsədi daşıyır. Hər iki müsabiqəyə müraciət üçün son müddət 2019-cu il aprelin 30-u saat 18.00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə. Əlaqə telefonu: (012) 404-37-00, daxili:1132