

O iki yeni açıq müsabiqə elan
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) iki yeni açıq müsabiqə elan edir. Müsabiqələrdən biri tökmə sahəsi üçün müxtəlif malların satınalınması, digəri kafel və metlaxların satınalınması məqsədi daşıyır. Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il mayın 14-u saat 18.00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə. Əlaqə telefonu: (012) 404-37-00, daxili:1132.