Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü gö

“Dəniz” qəzetinin növbəti – 20 sentyabr 2018-ci il tarixli nömrəsi işıq üzü görüb. Bu sayda Azərbaycan Dövlət Dəniz  Akademiyası tələbələrinin andiçmə mərasimindən, Nyu-Yorkda baş tutacaq Amerika-Xəzər biznes-forumundan, Xəzərin yeni flaqmanı “Xankəndi” sualtı tikinti gəmisinin texniki imkanlarından, Azərbaycanla Çexiya arasında nəqliyyat və İTK sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsindən, Bakı Metropolitenində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş sərgidən, Tbilisidə keçirilən “Arğus-Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” adlı V beynəlxalq konfransda Azərbaycanın tranzit imkanlarının diqqət mərkəzində olmasından, qlobal iqlim dəyişikliyinin ölkəmizdə şirin su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirməsindən, NATO Parlament Assambleyasının nümayəndə heyətinin Səngəçal terminalı ilə tanış olmasından, TAP-ın Adriatik dənizindən keçən hissəsinin inşasının gələn il başa çatdırılacağından, Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda müasir proqramların tətbiqindən, Azərbaycan Hərbi Dəniz  Qüvvələrində Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilən tədbirlərdən, “Nerça” təchizat-yedək gəmizinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunmasından, yol vergisinin hesablanması qaydasından, mənzil alarkən diqqət yetiriləsi məsələlərdən, gəmilərimizin təmirindən,  dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.  Daha ətraflı oxumaq üçün linkə daxil ola bilərsiniz: DƏNİZ – 20 sentyabr 2018-ci il


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır