Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Poseydoniya-2018” dənizçilik sərgisinə sayılı günlər qa

Dünyanın ən böyük dənizçilik sərgisi 25-ci “Poseydoniya-2018”-in başlamasına sayılı günlər qalıb. Sərgi 4-8 iyun tarixlərində Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo”-da təşkil olunacaq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də təmsil olunacağı nüfuzlu biznes platformalardan sayılan və iki ildən bir keçirilən sərgidə ümumilikdə 1850-dən çox şirkətin iştirakı nəzərdə tutulub. Onların arasında dənizçiliklə əlaqəli qurumlar, müxtəlif beynəlxalq təşkilatlar, təsnifat cəmiyyətləri, təhsil müəssisələri yer alacaq. Sərgiyə bu il dünyanın ən böyük gəmi istehsalçıları Çin, Yaponiya və Cənubi Koreyadan da nümayəndələr gələcək. Şirkətlər xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirəcəklər. Hər zamankı kimi sərgiyə böyük marağın olacağı düşünülür. Belə ki, təşkilatçıların fikrincə, “Poseydoniya-2018”-ə təxminən 22 min ziyarətçi qatılacaq. Sərgi çərçivəsində dənizçilik mövzusuna həsr olunmuş xüsusi konfrans da keçiriləcək. Bununla yanaşı, iştirakçılar üçün Poseydoniya yelkən kuboku, Poseydoniya qaçış yarışması, Poseydoniya qolf və futbol turniri təşkil ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır