Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

G-nin elan etdiyi təsviri incəsənət müsabiqəsinə işlərin qəbulu davam

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün elan olunan təsviri incəsənət müsabiqəsinə işlərin qəbulu davam edir. İştirak etmək istəyənlər “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  nümunələrini  20 avqust tarixinədək təqdim etməlidirlər.  Müsabiqənin keçirilməsində məqsəd Xəzər dənizçilərinin çətin və spesifik əməyi ilə geniş auditoriyanı yaxından tanış etmək, Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək və qiymətli ekosistem kimi qorunmasının vacibliyini ön plana çəkmək, rəssamları dənizçilərin fədakar əməyi ilə dərindən tanış olmağa stimullaşdırmaq, gənc və istedadlı rəssamları dəstəkləmək və onların işi ilə geniş auditoriyanı yaxından tanış etdirməkdir. Müsabiqə haqqında daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır