Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

nizçilər arasında şahmat turniri keçirilə

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin struktur bölmələrinin əməkdaşları arasında may ayında şahmat yarışı keçiriləcək. Şahmat yarışına hər strukturdan ikisi kişi, ikisi qadın olmaqla üç nəfər qatıla bilər. İştirak etmək istəyən əməkdaşlar aprelin 25-dək hər struktur üzrə müəyyən olunmuş aşağıdakı şəxslərə müraciət edə bilərlər: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC – Asyabi İxtiyar Dəniz Nəqliyyat Donanması – Pərvin Musayev Xəzər Dəniz Neft Donanması – Şamil Əhmədov “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu – Zülfiyyə Həsənova “Bibiheybət” Gəmi Təmiri Zavodu – Pərviz Qurbanov Zığ Quru Yük Limanı – Xanış Qocayev İstehsalat Xidməti İdarəsi – Böyük Qasımov Azərbaycan Dövlət Dəniz Akademiyası – Bayram Balakişiyev Təlim Tədris Mərkəzi – Namiq Əlizadə Qalib komandanın üzvlərinə kubok və medallar  təqdim olunacaq. Ölkəmizdə idmanın inkişafına Ümummilli Lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərilib. Məhz, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təşkil olunan  idman turnirləri də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır