Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

A-da Ümummilli Liderə həsr olunmuş beynəlxalq elmi-texniki konfrans keçirilə

Dövlət Dəniz Akademiyasında 03 – 04 may 2018-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Konfransda Akademiyanın professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar və əcnəbi alimlər iştirak edəcəklər. Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir. Konfransın işi “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə təbiət elmlərinin problemləri”, “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələri üzrə təşkil olunacaq. Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc ediləcək. Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 16 mart 2018-ci il tarixinə kimi təşkilat komitəsinə təqdim edə bilərlər. Konfransda həm əyani, həm də qiyabi iştirak mümkündür. Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsini məlumatlandırmaları xahiş olunur. Xatırladaq ki, ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.   TƏŞKİLAT KOMİTƏSİNİN    ÜNVANI: Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.18, ADDA; E-mail: science-asma@rambler.ru Faks:(0994-12)493-75-21 Tel.:(012)493-75-21,493-36-44 (113).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır