miçilik yeni müsabiqə elan
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yeni açıq müsabiqə keçirir. Belə ki, şirkət polad boruları satın alır. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2017-ci il oktyabrın 23-ü saat 18.00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Ünvan: Bakı, Heydər Əliyev prospekti, 152, “Çinar plaza” 24-cü mərtəbə.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır