miçilik müsabiqələr keç
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yeni tenderlər elan edib. Gəmiçilik xüsusi gəmi təyinatlı КНР və KHR kabellərin, müxtəlif növ KQ və zirehli bron kabellərin, müxtəlif növ közərmə və projektor elektrik lampalarının, təmir tikinti işlərində və gəmilərdə istifadə olunan elektrik mal-materialları, müxtəlif növ çıraqlar və projektorların, dizel generator və cərəyan tənzimləyicilərinin satınalınması məqsədi ilə tender elan edib. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2017-ci il 6 iyuldur . Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və sürəti) tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Ünvan: Bakı, Rəsulzadə küçəsi 5. Əlaqə telefonu (012) 493-41-52: (012) 404-37-00 daxili:1132