miçilik yeni tenderlər barədə elan v
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” yeni açıq müsabiqələr keçirir. Cəmiyyət süzgəclər, polad tikişsiz borular , dirsəklər və keçidlər, server avadanlıqları , daxili rabitə sistemi avadanlıqları satın alır. Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Süzgəc və polad tikişsiz borularla bağlı müraciətlər 7 iyul, dirsəklər və keçidlər, server avadanlıqları , daxili rabitə sistemi avadanlıqları ilə bağlı müraciətlər isə 11 iyula kimi qəbul edilir. Ünvan: Bakı, Rəsulzadə küçəsi 5. Əlaqə telefonu (012) 493-41-52
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır