Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müsabiqələr keç
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC iki açıq müsabiqə elan edib. Gəmiçiliyin elan etdiyi birinci açıq müsabiqə müxtəlif ölçülü avtoşinlərin satınalınması ilə bağlıdır. Digər müsabiqə isə akkumlyatorların satınalınmasını nəzərdə tutur. Hər iki müsabiqə üzrə, müraciət üçün son tarix mayın 31–i saat 18:00 müəyyən edilib. Sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanına təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır