Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-23,
Seanews
Heyder Eliyev

"Maersk": Hörmüz boğazı ilə keçid davam edir

Danimarkanın aparıcı konteyner daşıma şirkəti “Maersk” Yaxın Şərqdə artan geosiyasi gərginliyə baxmayaraq, Hörmüz boğazı vasitəsilə kommersiya fəaliyyətlərini davam etdirdiyini bəyan edib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkət bazar günü rəsmi açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki,  vəziyyət daim izlənir və mövcud məlumatlara əsasən qərarlar yenidən nəzərdən keçirilə bilər.

"Regionda üzən gəmilərimizin təhlükəsizlik risklərini daim izləyirik və zərurət yarandıqda operativ tədbirlər görməyə hazırıq," – deyə “Maersk”-in açıqlamasında vurğulanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır