

Gəmi utilizasiyası prosesini tənzimləyən “Honk Konq Beynəlxalq Sazişi”nin tətbiqinə başlanılır
Gəmi utilizasiyası prosesini təhlükəsiz və ətraf mühitə uyğun şəkildə tənzimləyən “Honk Konq Beynəlxalq Sazişi” 26 iyun 2025-ci ildə qüvvəyə minəcək.
“Seanews.az” xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatında qeyd olunur.
Məlumatda bildirilib ki, sazişin məqsədi gəmilərin sökülməsi zamanı insan sağlamlığı və ekoloji təhlükəsizliyi təmin etməkdən ibarətdir.
2009-cu ildə qəbul olunan bu sənədə əsasən, 500 və ya daha çox gross tona malik olan bütün gəmilər Təhlükəli Maddələr Siyahısı (IHM) sənədinə sahib olmalıdır. Bununla belə, bu saziş hərbi və dövlətə məxsus qeyri-kommersiya gəmilərinə şamil edilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır