

UKMTO Hörmüz boğazı və ətraf bölgələrdə üzən gəmilərin naviqasiya sistemlərinə elektron müdaxilələr barədə xəbərdarlıq yayıb
Hörmüz boğazı və ətraf bölgələrdə gəmilərin naviqasiya sistemlərinə elektron müdaxilə halları artıb.
"Seanews.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bölgədə üzən gəmilər naviqasiya sistemlərində pozuntularla qarşılaşa bilərlər.
Bununla əlaqədar, UKMTO gəmiçilərə AIS (Avtomatik İdentifikasiya Sistemi) və digər rabitə vasitələrinin işləməsində mümkün nasazlıqlara qarşı ehtiyatlı olmalarını tövsiyə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır