ADDA 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir.
Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytı üzərindən "Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək elektron müraciət etməlidirlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyunda keçiriləcək xarici dil imtahanından keçid balını toplamalıdırlar.
Xarici dil imtahanında keçid balını toplayan şəxslər sentyabrda keçiriləcək “Fəlsəfə” fənnindən imtahana buraxılırlar. “Fəlsəfə” fənnindən məqbul alan şəxslər ixtisas imtahanında iştirak edə bilərlər.
Sənəd qəbulu müddəti 2 iyun tarixinədək davam edəcək.
Təlimat: Təlimat doktorantura
Plan yerləri: Plan yerləri