Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Sinqapur dənizçiləri meymun çiçəyi xəstəliyinə görə yoxlayacaq

Sinqapur ölkəyə daxil olan gəmilərin heyətlərini meymun çiçəyi xəstəliyinə görə yoxlayacaq.

“Seanews.az” xəbər verir ki, Sinqapur Səhiyyə Nazirliyinin bəyanatında belə deyilir. Bu tədbirlər infeksiyanın inkişafı və yayılmasının qarşısını almaq məqsədi daşıyır.

İlkin mərhələdə dənizçilərlə yanaşı, çiçək xəstəliyinə yoluxma qeydə alınan ölkələrdən gələn gəmilərdəki sərnişinlər də tibbi müayinədən keçiriləcək.

Xatırladaq ki, əvvəllər Argentinada heyət üzvlərindən birində meymun çiçəyi şübhəsi səbəbindən Liberiya bayrağı altında “İna Lotte” gəmisində karantin tətbiq edilib, lakin sonradan aparılan tibbi müayinələr dənizçidə infeksiyanın olmasını təsdiqləməyib. Araşdırmaların nəticələrinə görə, Hindistan vətəndaşına suçiçəyi diaqnozu qoyulub.

Bu ilin avqustunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi epidemiyasına görə ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan edib. Bununla belə, təsdiqlənmiş halların böyük əksəriyyəti Konqo Demokratik Respublikasının payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır