Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-25,
Seanews
Heyder Eliyev

Gəmi-muzeydə "Mədəniyyət körpüsü" adlı beynəlxalq rəsm sərgisi keçiriləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Mədəniyyət körpüsü” adlı beynəlxalq layihə işinə başlayır.

Tədbir çərçivəsində Rumıniya, Türkiyə, Gürcüstan, ABŞ, Hindistan, Ukrayna, Moldova, Meksika və Çexiyadan olan nüfuzlu rəssamlar Bakıya dəvət olunub.

Rəssamlar Bakıda olduğu müddətdə Azərbaycan gəmiçiliyinin zəngin tarixini, ənənələrini və müasir dövrdəki fəaliyyətini əks etdirən fərqli texnikalarda əsərlər ərsəyə gətirəcəklər. Yekunda onların işləri “Suraxanı” gəmi-muzeyində sərgilənəcək.

Layihə çərçivəsində 24-25 noyabr tarixlərində rəssamların master-klassları da təşkil olunacaq. Bu master-klasslarda incəsənətə marağı olan hər kəs iştirak edə biləcək.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyi çərçivəsində keçirilən layihənin məqsədi xalqları bəşəri dəyərlər ətrafında birləşdirmək, sülhə çağırış kimi humanist idealları tərənnüm etmək, eləcə də muzeyin mədəni əlaqələrini genişləndirmək, müxtəlif xalqların nümayəndələrini ölkəmizin gəmiçilik tarixi və imkanları ilə yaxından tanış etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır