Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyində Zəfər Günü münasibətilə 8 noyabrda “Açıq qapı günü” olacaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 8 Noyabr – Zəfər Günü münasibətilə “Açıq qapı günü” elan olunacaq. Bununla da, hər kəs ödənişsiz şəkildə muzeyə giriş imkanı əldə edəcək.

Həmin gün muzeyə gələn ziyarətçilər gəmiçiliyə aid eksponatlarla yanaşı, Qarabağ Zəfəri ilə bağlı kadrlarla zənginləşdirilmiş 360 dərəcəlik ekranı da izləyə biləcəklər. Bu ekranda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlar, Vətən müharibəsinə aid döyüşlər, Ermənistanın işğal dövründəki vandalizm faktları, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə davam edən quruculuq işləri nümayiş olunacaq.

Muzeydə ASCO-da çalışan həmkarlarımızın Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan doğmalarından, həmçinin könüllü şəkildə ön cəbhəyə yollanan ASCO əməkdaşlarından, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələrindən, Zəfərdən sonra ASCO-ya işə qəbul edilən Vətən müharibəsi iştirakçılarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı da interaktiv formada təqdim olunacaq.

Hər birinizi 8 noyabr tarixində “Suraxanı” gəmi-muzeyində gözləyirik.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır