Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-29,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecinə qəbul olanların nəzərinə!

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nəzdindəki Azərbaycan Dənizçilik Kollecinin (ADK) subbakalavr pilləsinə qəbul olunmuş abituriyentlər 14.09.2023-cü il (saat 11.00-dan) tarixindən 25.09.2023-cü il (saat 18:00-dək) tarixinədək portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədlərin portala yüklənməsi tələb olunur:

1. Attestat

2. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);

3. Tələbənin imtiyazını təsdiq edən sənədlər.

portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 15.09.2023-25.09.2023 tarixləri aralığında (saat 10:00-15:00) aşağıdakı adları qeyd olunan sənədləri Kollecin binasına (Cavanşir küçəsi,3, keçid 823) təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);

2. Attestatın əsli və surəti;

3. Ilkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin əsli və surəti;

4. Tibbi arayış (forma 086);

5. Narkoloji və nevroloji dispanserdən arayış;

6. 4 ədəd 3x4 ölçülü fotoşəkil;

7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;

8. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

Əlaqə nömrəsi: (050) 287-99-14


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır