Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

"Alexia" tankerində baş verən yanğını heyət özü söndürə bilib

Baltik dənizində Yunanıstanın "Alexia" tankerində yanğın baş verib.

“Seanews.az”  xəbər verir ki, hadisə Finlandiyanın Porkkala yarımadasından təxminən 18 km cənubda qeydə alınıb.

Helsinki Dəniz Xilasetmə İdarəetmə Mərkəzindən bildiriblər ki, xilasetmə bölmələri gələnə qədər gəminin heyəti  yanğını özü söndürə bilib. Bundan sonra tanker səfərini davam etdirib.

Yanğın kayutların birində baş verib.

Uzunluğu 250 metr, dedveyti 108 min ton olan “Aframax/LR2” tipli “Alexia” tankeri 2009-cu ildə tikilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır