Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

“Frontline” mənfəətini 35 dəfə artırıb

“Frontline” 2022-ci ilin birinci yarısı üçün maliyyə nəticələrini açıqlayıb. Şirkət balansını 78,3 milyon dollar xalis mənfəətlə bağlayıb ki, bu da bir il əvvəlkindən 34,6 dəfə çoxdur.

"Seanews.az" xəbər verir ki, əməliyyat gəliri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 1,4 dəfə çox olmaqla 517,9 milyon dollar təşkil edib.

Əməliyyat xərcləri 1,3 dəfə artaraq 439,1 milyon dollara, o cümlədən səfər xərcləri və komissiyalar 1,4 dəfə artaraq 254,9 milyon dollara, inzibati xərclər 13,3 faiz artaraq 16,2 milyon dollara çatıb.

Əməliyyat mənfəəti ötən ilin birinci yarısı ilə müqayisədə 6,6 dəfə çox olmaqla 85,8 milyon dollar təşkil edib.

2022-ci ilin ikinci rübündə “VLCC” seqmentində əvvəlki rüblə müqayisədə spot məzənnələr 4,5% artaraq gündə 16 min dollara, “Suezmax” tankerləri üçün 1,6 dəfə artaraq gündə 21,6 min dollara, “LR2” üçün 2 dəfə artaraq gündə  28,6 min dollara çatıb.

“Frontline” şirkəti üçüncü rübdə “VLCC” üçün tariflərin gündə 28,1 min dollaradək, “Suezmax” üçün  45 min dollaradək, “LR2” üçün  46,2 min dollaradək artacağını proqnozlaşdırır.

 “Frontline Management” şirkətinin baş direktoru Lars Barstadın sözlərinə görə, Rusiyanın neft və neft məhsullarına tətbiq edilən sanksiyalar neft emalı məhsullarının daşınması üçün müəyyən edilmiş qlobal ticarət marşrutlarını pozub və bu da öz növbəsində yükdaşıma tariflərinin artmasına səbəb olub. Sanksiyalar xam neftin daşınması bazarından da yan ötməyib, nəticədə “Suezmax” tankerlərinə tələbat və tariflər artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır