“DCT Gdansk” yarı avtomatik kranlar sifariş verib
“DCT Gdansk” şirkəti 10 ədəd yarımavtomat rezin təkərli (RTG) “Konecranes” kranının tikintisini sifariş verib. Terminalda istifadə olunan 15 “Konecranes” təkmilləşdiriləcək.
“Seanews.az”-ın məlumatına görə, kran parkının genişləndirilməsi və modernləşdirilməsi 2024-cü ilin yazına planlaşdırılan üçüncü dərin su terminalının istifadəyə verilməsi ərəfəsində həyata keçirilir.
Yeni qurğular 2025-ci ilə qədər “DCT Gdansk”-ın ötürücülük qabiliyyətini indiki 2,9 milyon TEU-dan ildə 4,5 milyon TEU-ya çatdıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

